Ermənistanın dövlət borcu 12 milyard dollara çatdı

Ermənistanın dövlət borcu 12 milyard dollara çatdı

Hazırda oxunan: Ermənistanın dövlət borcu 12 milyard dollara çatdı
235360
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın dövlət borcu 12 milyard dollar təşkil edir və faiz ödənişləri baxımından ölkənin maliyyə yükü son illər on dəfə artıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Xatırladaq ki, iqtisadiyyat naziri Gevork Papoyan bir müddət əvvəl sosial şəbəkələrdə yaydığı videomüraciətdə Ermənistan hökumətinin xarici borcunun “bəzilərinin iddia etdiyi kimi” 12 milyard dollar deyil, 5,96 milyard dollar olduğunu bildirib.
 

“İqtisadiyyat nazirinin özü nə danışdığını başa düşmür. Mən onu şəxsən tanıyıram. Söhbət xarici borcdan getmir. Söhbət ondan gedir ki, ölkənin borcu 12 milyard dollardır. Bunun 6 milyardı 1 faizlik xidmət dərəcəsi ilə xarici, 6 milyard dolları isə 14 faizlik xidmət dərəcəsi ilə daxili borcdur”, - Baqratyan vurğulayıb.


"Müqayisə üçün qeyd edək ki, Serj Sarkisyan hakimiyyətinin son illərində borcun ödənilməsinə 100 milyard dram xərclənib. Xərclər 10 dəfə artıb. Mənə nə qədər borcum olması maraqlı deyil. Mənə maraqlıdır ki, ayda nə qədər pul ödəməliyəm”, - Ermənistan Nazirlər Kabinetinin keçmiş rəhbəri yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistan hökumətinin ümumi borcu dekabrın sonuna 12 milyard 338 milyon dollar olub.

Bu məbləğin yarısından bir qədər çoxu, yəni 6 milyard 388,1 milyon dolları daxili borcdur.

Dekabrın sonunda xarici borcun həcmi 5 milyard 950,1 milyon dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO