DYP-dən yollarda sürüşmə ehtimalının artması ilə bağlı XƏBƏRDARLIQ – VİDEO

DYP-dən yollarda sürüşmə ehtimalının artması ilə bağlı XƏBƏRDARLIQ – VİDEO

Hazırda oxunan: DYP-dən yollarda sürüşmə ehtimalının artması ilə bağlı XƏBƏRDARLIQ – VİDEO
235359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən Bizim.Media-ya verilən məlumata görə, hazırda respublika ərazisində yağmurlu hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır:

"Xüsusilə çiskinli havalarda toz-qum, eləcə də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO