Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

Hazırda oxunan: Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI
235208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Ramana qəsəbəsinin Yeni yaşayış massivini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 162 nömrəli və Yeni Suraxanı qəsəbəsini “Ulduz” metrostansiyası ilə əlaqələndirən 184 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə,162 nömrəli şəhərətrafı marşrut üzrə hüquqi şəxs “Grand Bus” MMC və 184 nömrəli şəhərətrafı marşrut üzrə “General Auto Company” firması komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO