Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO

Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO

Hazırda oxunan: Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO
234969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiçik çillənin ömrü qısa olsa da qışın ən sərt günləri bu dövrə təsadüf edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu ilin qış fəsli Şimal-Qərb bölgəsində tamam başqa ab-havada davam edir. Böyük Qafqazın cənub yamacları boyunca uzanan bölgənin yüksək dağlıq ərazilərində qar yağsa da hələlik dağətəyi və aranda qardan əsər-əlamət yoxdur.

Füsunkar təbiətə malik bölgə rayonlarında bulaq və şəlalərlər yayda bir gözləllik yaradırsa, qışın bu günlərində tamam başqa olur.

İstirahət günlərini soyuğa-qara baxmadan burada keçirən, təbiətin min bir gözəlliyindən zövq almaq istəyənlər də az deyil. Bu mənada Şahdağ Milli Parkının Oğuz rayon ərazisinə düşən hissəsində istirahət etmək, gəzib-görüb bu gözəlliyi yaşamaq istəyənlər olsa Baş Daşağıl kəndinə, yaxud Oğuz şəhərindən dağlara doğru getməyi unutmasınlar.

Burada əsl qış yaşanır, gecələr mənfi 10-12 dərəcə, bəzən daha çox olur ki, nəticədə bulaqlar, şəlalələr donur. Fərqli bir təbiət yaşanır.

Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO - foto 1
Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO - foto 2
Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO - foto 3
Şahdağda şəlalələr, bulaqlar dondu - FOTO - foto 4

Tural Rasimoğlu, Bizim.Media, Şiaml-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO