Yeni nazirdən gözlənilən həmlə – Pensiya yaşı və məbləği dəyişir?

Yeni nazirdən gözlənilən həmlə – Pensiya yaşı və məbləği dəyişir?

Hazırda oxunan: Yeni nazirdən gözlənilən həmlə – Pensiya yaşı və məbləği dəyişir?
234685
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əhalinin xüsusilə həssas təbəqəsində narazılıq yaradan, bəzi qərarları mütəmadi müzakirə edilən Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) gedişi bir sıra məsələləri gündəmə gətirib. Vətəndaşların əksəriyyəti Babayevi əvəz edəcək şəxsə, yəni Anar Əliyevə həm güvənir, həm də bu sahədə gözləntilərinin qarşılanacağını düşünür. Əsasən də sosial yardımlar, pensiya və müavinətlər, əməkhaqqları ilə bağlı atılacaq addımlar diqqət mərkəzindədir.

Yeni nazir müsbətə doğru dəyişikliklər edə biləcəkmi? Sahil Babayevin bu sahədən uzaqlaşması necə nəticələnəcək?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan AĞ Partiya sədri Tural Abbaslının fikrincə, bu prosesdə metodika və yanaşma tərzi dəyişməlidir:

“Hazırkı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Sahil Babayevin müavini olub. Onlar işlərin əksəriyyətini birlikdə icra ediblər. Ona görə də “fərqli yanaşma olacaq” demək üçün əsasımız yoxdur. Düşünürəm ki, Sahil Babayevin başlatdığı xətt bəlli müddət davam edəcək”.

Yeni nazirdən gözlənilən həmlə – Pensiya yaşı və məbləği dəyişir? - foto 1

Partiya sədri bu sahədə islahatlara ehtiyac olduğunu vurğulayıb:


“İnsanların dövlətdən müavinətlər alması, yardımetmə mexanizmləri ədalətli, şəffaf olmalıdır. Vətəndaşların yaşayışı asanlaşdırılmalıdır. Amma bununla nazirlikdəki yanaşma tərzinin də dəyişəcəyini demək olmaz. Çünki həmin sahəyə yeni ad yox, komandanın bir üzvü gəlib. Hər halda gözləyək”.

T.Abbaslı bu istiqamətdə tövsiyələrini də bölüşüb:

“İstər sosial müavinətlər, istər əlillik, istərsə də pensiya yaşı və ya digər yardımlarla bağlı məsələlər həll edilməlidir. ƏƏSMN büdcənin deyil, xalqın yanında olmalıdır. Düzdür, hər şey büdcəyə bağlıdır, lakin xalqın maraqlarını da nəzərə almaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO