Serbiya prezidenti ölümdən döndü - ANBAAN VİDEO

Serbiya prezidenti ölümdən döndü - ANBAAN VİDEO

Hazırda oxunan: Serbiya prezidenti ölümdən döndü - ANBAAN VİDEO
233909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiya Prezidenti Aleksandar Vuçiç xidməti avtomobili ilə hərəkətdə olarkən qəza şəraiti ilə üzləşib.

Bizim.Media  xəbər verir ki, Aleksandar Vuçiç fevralın 8-də ölkənin şimalındakı Mokrin kəndinə gedən yolda avtomobilin təkərinin bir hissəsinin qopması ilə nəticələnən insident baş verib.

Avtomobil hərəkətdə olarkən təkəri partlayaraq yarasız vəziyyətə düşüb və qoparaq diskdən ayrılıb. Hadisə zamanı xəsarət alan olmayıb, Aleksandar Vuçiç başqa maşına keçib və səfərini davam etdirib.

Serbiya Prezidenti bunun böyüdüləcək məsələ olmadığını deyib: “Melenci kəndini ziyarət etdikdən sonra Kikindadakı böyük mitinqdən əvvəl öz avtomobilimlə Mokrin kəndinə gedirdim. Bunu sizə bir neçə cümlə ilə izah edəcəyəm. Avtomobilin təkəri partladı, yoxsa bütün təbəqələri ilə yarasız vəziyyətə düşdü? Bunu səlahiyyətli orqanlar müəyyənləşdirəcək”.

Serbiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Hadisənin videosu mediada və sosial şəbəkələrdə paylaşılıb.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO