Formula 1 üçün bilet satışına START VERİLDİ

Formula 1 üçün bilet satışına START VERİLDİ

Hazırda oxunan: Formula 1 üçün bilet satışına START VERİLDİ
231220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına start verilib.

Bakı Şəhər Halqasından Bizim.Media-ya verilən məlumata görə, azarkeşlər mövsümün ən həyəcanlı şəhər yarışına biletləri www.azerbaijangp.com  rəsmi veb səhifəsindən əldə edə bilərlər. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə bilet almaq mümkündür. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.
 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.


Xatırladaq ki, ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.

Ötənilki Bakı yarışı həftəsonunda azarkeşlərin sayı son 8 ildə ən yüksək səviyyəyə çataraq, 76 min nəfərə yüksəlib.

75 illik yubileyini qeyd edən Formula 1 bu il möhtəşəmliyi ilə yaddaşlarda qalacaq. Yüksək maraqla gözlənilən Azərbaycan Qran-Prisi bu il də dünya avtoidmanının diqqətini paytaxtımıza yönəldəcək.

Qeyd edək ki, Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-Prisi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO