Bakıda müğənni toydan sonra DÖYÜLDÜ - TƏFƏRRÜAT

Bakıda müğənni toydan sonra DÖYÜLDÜ - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda müğənni toydan sonra DÖYÜLDÜ - TƏFƏRRÜAT
231133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş Həsən İ. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
 

Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02 radələrində qonşusu Həsənin əlində "GO" markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb.


O, Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub. Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Bakıda şadlıq evlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. Məhkəmənin qərarı ilə Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO