İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO/VİDEO
231093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşdü


“Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verildi.

Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunuldu.



İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO