İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşdü - VİDEO

İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşdü - VİDEO

Hazırda oxunan: İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşdü - VİDEO
231079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlanıb.

Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
 

Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO