“Neftçi”nin legioneri komandanı TƏRK EDƏCƏK

“Neftçi”nin legioneri komandanı TƏRK EDƏCƏK

Hazırda oxunan: “Neftçi”nin legioneri komandanı TƏRK EDƏCƏK
229290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi"nin müdafiəçisi Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan klubundan ayrılacağını bildirib.

"Neftçi" ilə sözləşməsi mövsümün sonunda başa çatan mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcəyini deyib: "Hazırda "Neftçi" ilə müqaviləmin son 6 ayındayam. Yeni sözləşmə imzalaya bilərdim. Klubum müqaviləni uzatmaq üçün mənimlə danışıqlar apardı. Amma nəticədə razılıq əldə edə bilmədik, anlaşa biləcəyimizi də düşünmürəm.
 

Başqa klublar mənimlə əlaqə saxlayıb, amma vəziyyət açıq qalır. İndi mənim üçün təzminat ödəyən klub olmasa, böyük ehtimalla yaya qədər "Neftçi"də qalacağam və azad agent kimi buranı tərk edəcəyəm".


Rumıniyada "Qaz Metan" və ÇFR-də çıxış etmiş 29 yaşlı futbolçu yenidən bu ölkəyə qayıtmağa isti yanaşdığını qeyd edib: "Rumıniya üçün darıxdığımı deyə bilərəm. Çünki orada xoşbəxt idim, dili öyrəndim. Rumıniya mənim xoşuma gələn ölkədir.

Yenidən Super Liqaya qayıtmağa "yox" deyə bilmərəm. Təkliflər olsa, qayıdaram. Niyə də olmasın? Rumıniyada yaxşı çıxış edirdim və özümü yaxşı hiss edirdim. Heç vaxt qapını bağlamıram. Futbolda hər şey mümkündür".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO