
- A-
- A
- A+
Cəmiyyət
00:33 / 26.12.2024
1 dəq oxunma
Qəzaya uğrayan təyyarədə həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
Hazırda oxunan: Qəzaya uğrayan təyyarədə həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
227063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmə olub.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, 13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib.
Bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər.
Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.
Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.
Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin isə yaralanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































