Restoranda bir ailənin 4 üzvünü döyənlər həbs edildi – VİDEO

Restoranda bir ailənin 4 üzvünü döyənlər həbs edildi – VİDEO

Hazırda oxunan: Restoranda bir ailənin 4 üzvünü döyənlər həbs edildi – VİDEO
224019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin xuliqanlıq hərəkətləri törətmələrini, digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-i Yasamal rayonunda restoran-pubların birində baş verib. 

Yasamal RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Əməli törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. 
 

Məlumata görə, Cavad Muradov və tanışları Rüfət İsmayılov, Afiyəddin Əliyev, Kənan Gərayzadə və Rauf Gərayzadə restoranda insanların gözü qarşısında bir ailənin 4 üzvünü döyərək onlara müxtəlifdərəcəli bədən xəsarətləri yetiriblər.


Cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilən C.Muradov, R.İsmayılov, A.Əliyev, K.Gərayzadə barəsində həbs, R.Gərayzadə haqqında isə digər qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, C.Muradov və dostlarının daha əvvəl də xuliqanlıq hərəkətləri ilə bağlı mediada məlumatlar yer alıb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO