BMT-dən XƏBƏRDARLIQ: 50 gündür ki, Qəzza sektoruna ərzaq çatdırmaq mümkün olmur

BMT-dən XƏBƏRDARLIQ: 50 gündür ki, Qəzza sektoruna ərzaq çatdırmaq mümkün olmur

Hazırda oxunan: BMT-dən XƏBƏRDARLIQ: 50 gündür ki, Qəzza sektoruna ərzaq çatdırmaq mümkün olmur
223838
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq 50 gündən artıqdır ki, Qəzza sektorunun şimalına ərzaq çatdırmaq mümkün olmur və buradakı aclıq səviyyəsi əvvəlkindən daha acınacaqlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) Fələstin ərazilərindəki direktoru Antuan Renar məlumat yayıb.

“İnsanlar artıq vəziyyətin öhdəsindən gələ bilmirlər. Ərzaq demək olar ki, tükənib və bazarlar boşalıb. Noyabr ayında 815 min nəfərə yaxın insan Ümumdünya Ərzaq Proqramından yardım alıb ki, bu da ehtiyacı olanların yarısı qədərdir”, - deyə Antuan Renar bildirib.

Onun hesablamalarına görə, Fələstində 2,2 milyona yaxın insan kəskin qida çatışmazlığından əziyyət çəkir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza sektorunda fəaliyyət göstərən HƏMAS hərəkatının İsrailin nəzarətində olan ərazilərə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrail Fələstində hərbi əməliyyatlara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO