Yanvardan “BakıKart” yeni kartla ƏVƏZLƏNİR? – Rəsmi CAVAB

Yanvardan “BakıKart” yeni kartla ƏVƏZLƏNİR? – Rəsmi CAVAB

Hazırda oxunan: Yanvardan “BakıKart” yeni kartla ƏVƏZLƏNİR? – Rəsmi CAVAB
223528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvar ayının 1-dən “BakıKart” -ın yeni kartla əvəzlənəcəyi haqda xəbərlər yayılıb.  Bildirilir ki, paytaxtın bütün ictimai nəqliyyatında istifadə üçün 2025-ci ildən yeni kartlar tətbiq olunacaq.

İddialara görə yeni karta “BakıKart”ın balansındakı vəsait köçürüləcək, amma istənilən halda hər kəs yeni kart almalı olacaq.

Bəs bu, iddialar nə qədər doğrudur?

Məsələ ilə bağlı Bizim.Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, kartların dəyişdiriləcəyi haqda onlarda məlumat yoxdur:

“Hazırda yalnız “BakıKart”ın mobil tətbiqində təkmilləşdirmə işləri aparılır və o, yaxın günlərdə istifadəyə veriləcək”.


Qeyd edək ki, Bakıkartın tətbiqinə 2017-ci ilin aprel ayında başlanılıb. Bu plastik kartdan yalnız paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və “Bakı Metropoliteni”ndə istifadə olunur. Bölgələrdə fəaliyyət göstərən sərnişin avtobusları BakıKart-a keçməyib və nağd ödənişdən istifadə olunur.

Rəna Cumaqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO