Dövlət katibinin köməkçisi: Azərbaycan ABŞ-ın enerji sahəsində çoxsaylı müzakirələrinin mərkəzində olub

Dövlət katibinin köməkçisi: Azərbaycan ABŞ-ın enerji sahəsində çoxsaylı müzakirələrinin mərkəzində olub

Hazırda oxunan: Dövlət katibinin köməkçisi: Azərbaycan ABŞ-ın enerji sahəsində çoxsaylı müzakirələrinin mərkəzində olub
220856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Burada nazir müavini ilə birlikdə olmaqdan və Amerikanın uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan böyük məmnunluq duyuram. Azərbaycan ABŞ-ın onilliklər ərzində gördüyü bir çox işin və enerji sahəsində çoxsaylı müzakirələrin mərkəzində olub”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə keçirilmiş “İstehsaldan daha çoxu: Enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” mövzusunda sessiyada deyib.

“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunu görürük. Təmiz enerji iqtisadiyyatına investisiya ABŞ-da il ərzində təxminən yarım trilyon dollara yaxındır”, - deyə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO