Hindistanlı diplomat: “Azərbaycanın sədrliyi ilə COP29 uğurlu nəticəyə nail olacaq”

Hindistanlı diplomat: “Azərbaycanın sədrliyi ilə COP29 uğurlu nəticəyə nail olacaq”

Hazırda oxunan: Hindistanlı diplomat: “Azərbaycanın sədrliyi ilə COP29 uğurlu nəticəyə nail olacaq”
220506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən uzun illərdir COP-larda iştirak edirəm. Əminliklə demək istəyirəm ki, siz COP29-u mükəmməl təşkil etmisiniz. Buradakı təşkilati işlər danışıqlar üçün çox əlverişlidir. Nümayəndələr və digər maraqlı tərəflər üçün iştirak etmək asandır və yalnız stadiondakı təşkilatçılıq deyil, Bakıda hava limanından qalacaq yerlərə və bura gəlməyə qədər göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycana, hökumətinizə və hamınıza təşəkkür etmək istəyirəm. Sizə ən yaxşı arzularımızı çatdırır və bizi belə gözəl qarşıladığınız üçün təşəkkürümüzü bildiririk”.

Bizim.Media xəbər verir ki, bu sözləri hindistanlı diplomat Manjiv Sinx Puri jurnalistlərə açıqlamasında bildirib.

“Siz diplomatik təcrübəsi çox olan bir ölkəsiniz, dünyanı və baş verənləri anlamaq bacarığınız yüksəkdir və əminəm ki, Azərbaycanın sədrliyi altında COP çox yaxşı bir nəticəyə, iqlim və insanlıq üçün faydalı bir həllə nail olacaq”, - deyə diplomat əlavə edib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO