Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO

Hazırda oxunan: Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO
211554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.

“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martın ikinci, “Rasinq Prema”dan italiyalı Kremi Antonelli üçüncü olub.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO - foto 1
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO