Bəraət alan şirkət rəhbəri məhkəmə zalında həbs edildi

Bəraət alan şirkət rəhbəri məhkəmə zalında həbs edildi

Hazırda oxunan: Bəraət alan şirkət rəhbəri məhkəmə zalında həbs edildi
210062
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsiləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, “Az.İnter-Şin” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qənbərli Mətləb Mütəllim oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyələrini sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)maddələri ilə ittiham verilib.

İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.

Bu qərarla prokuror razılaşmayaraq apellyasiya prostesti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatında cinayət işi və prokurorun prostesti araşdırılıb.

Məhkəmənin qərarı ilə Mətləb Qənbərli barəsində çıxarılan bəraət hökmü ləğv edilib, prokurorun protesti təmin edilib. İş üzrə yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Mətləb Qəmbərli 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO