Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ

Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri CƏRİMƏLƏNDİ
208621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) "Delta Capital" MMC valyuta mübadilə məntəqəsinin bir vəzifəli şəxsinə 2 886 manat məbləğində cərimə tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

"Delta Capital"ın vəzifəli şəxsi "Valyuta tənzimi haqqında" Qanunun 16-1.1-ci maddəsinin, habelə "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib", - AMB bildirir.

Mərkəzi Bankın digər qərarı ilə, "Zuhur" MMC-nin bir vəzifəli şəxsinə isə 32 767 manat məbləğində cərimə tətbiq edilib.

"Zuhur" MMC-nin vəzifəli şəxsi isə AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində "Valyuta tənzimi haqqında" Qanunun 16-1.1-ci maddəsinin, habelə "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4, 3.6, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO