Ərdoğan İlham Əliyevə minnətdarlıq etdi - VİDEO

Ərdoğan İlham Əliyevə minnətdarlıq etdi - VİDEO

Hazırda oxunan: Ərdoğan İlham Əliyevə minnətdarlıq etdi - VİDEO
208368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yanğınların söndürülməsi üçün təyyarə göndərdi. Bu təyyarə ilə yanğınları çox effektiv şəkildə söndürdük”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb:

“27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika yanğınların söndürülməsində iştirak edir. Təkcə 15-19 avqust tarixləri arasında 306 meşə yanğını baş verib. Müvafiq nazirlər daim yerlərdə olurlar. Mən də onlardan mütəmadi məlumat alırarm”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO