Oğuzda sel yolu dağıdıb — VİDEO

Oğuzda sel yolu dağıdıb — VİDEO

Hazırda oxunan: Oğuzda sel yolu dağıdıb — VİDEO
205938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Güclü yağış nəticəsində yaranan sel suları Oğuz rayonunun Filfilli kəndinin yolunu bərbad vəziyyətə salıb.

Bizim.Media xəbər verir ki, sakinlər “Xəzər xəbər”- bildiriblər ki, yolun bu vəziyyətdə olması onların işini xeyli çətinləşdirib, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Filfilli kənd icra nümayəndəliyindən bildirilib ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, bundan başqa, problemlə bağlı Oğuz Rayon Suvarma Sistemləri İdarəsinə məlumat verilib və yolun təmiri üçün texnika istənilib.

Qeyd edilib ki, kənddə yol və körpülər dörd istiqamətdə dağılıb ki, onlardan üçü sakinlərin vəsaiti hesabına təmir edilib.

Oğuz Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, hazırda digər ərazilərdə də sellərin yaratdığı fəsadların aradan qaldırılması, tütünçülükdə gündəlik tələb olunan suvarma işlərinin həyata keçirilməsi, kanalların təmizlənməsi istiqamətində işlər getdiyindən texnikalar əsasən həmin istiqamətlərə yönəldilib. Lakin imkan yaranan kimi həmin əraziyə də texnikalar cəlb olunacaq.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO