HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO

HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO

Hazırda oxunan: HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO
203534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hərbi Dəniz Qüvvələrinin (HDQ) kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimlər Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq keçirilir. Təlim zamanı əvvəlcə kursantlara gəmidə davranış və təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib.

Məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib.
Sonra Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah olunub.

Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.
 


HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO - foto 1
HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO - foto 2
HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO - foto 3
HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - FOTO/VİDEO - foto 4
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO