ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO

ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO

Hazırda oxunan: ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO
202038
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bakıya gələndən milli yeməklərdən ancaq yeyub yatıram. Plyus 5 kiloqram, qayıdacam minimum. Bu aralar çox paylaşımlar da etmirəm. Çünki mənə nə maraqlı, nə də əhəmiyyətli deyil sözün açığı. Başqalarını da nadir hallarda girib izləyirəm, artıq aylardır".

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Uzun müddətdir ABŞ-a köçüb orada yaşayan Günel doğmalarını və ailəsini ziyarət etmək üçün qızı Jozefina ilə birlikdə Bakıya gəlib.

Hümbətova bildirib ki, paytaxt üçün xüsusi ilə "Bakının yayı" üçün çox darıxıb:

"Doğmalarımın əhatəsində istirahətimin dadını çıxardıram, bol söhbətlər edirik səhərədək. Amerikada hamısı üçün çox darıxmışdım. Bir də yazıb soruşanlara cavab: “Yox, mən Bakıya köçməmişəm”. Bura tətilə gəlmişik. Bakının yayı üçün çox darıxmışdım. Mən 6 il idi ki, Bakının yayını görmürdüm. Özümü burada çox xoşbəxt hiss edirəm.

Günel qızı Jozefinaya Bakıda olduğu müddətcə Azərbaycan dilini öyrətməyə çalışdığını vurğulayıb:

"Bir nömrəli məqsəd Amerikaya qayıdanda bu balaca qıza mütləq Azərbaycan dilini öyrətməkdir. Günümüz belə keçir. Qızım nənəsi ilə də "Google translate" vasitəsi ilə ünsiyyətdədir. Həm gülməli, həm də ağlamalıdır".

Qeyd edək ki, Günel Hümbətova əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə ailə qurub. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var.

ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO - foto 1
ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO - foto 2
ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO - foto 3
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO