Üç məşhur həkim hakim qarşısına çıxarılır - SƏBƏB

Üç məşhur həkim hakim qarşısına çıxarılır - SƏBƏB

Hazırda oxunan: Üç məşhur həkim hakim qarşısına çıxarılır - SƏBƏB
200886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Üz-çənə sahəsində tanınmış üç həkim pasiyenti düzgün müalicə etmədiklərinə görə məhkəməyə verilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, Elmira Tofiq qızı Ağabalayeva və anası Mahirə Məmmədrahim qızı Ağabalayeva üç tanınmış həkim - Sənan Tofiq oğlu Xankişiyev, Şamil Ehtibar oğlu Rzayev və Fərman İbrahim oğlu Həsənov barəsində Nərimanov rayon Məhkəməsinə şikayət ediblər. Məhkəmə prosesinə hakim Nərgiz Tağıyeva sədrlik edəcək.

Qeyd edək ki, mülki işdə cavabdeh qismində yuxarıda adı sadalanan həkimlər, "Araş Estetik" MMC, "Dental Arts Studio" MMC, "Real Hospital" MMC və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tanınıb. İddiaçı Elmira Ağabalayeva həkimlər və klinikalardan tələb kimi ona dəymiş ziyanı ödəməyi qoyub.
Xatırladaq ki, adları sadalanan həkimlər pasiyent cəlb etmək üçün TV-lərdə daim özlərini reklam edirlər. Şamil Rzayev hətta 2020-ci ildə keçirilən parlament seçkisində millət vəkilliyinə namizəd də olub.

Sənan Xankişiyev barəsində isə birinci pasiyent şikayəti deyil. Belə ki, 2017-ci ildə Südabə Məlikova adlı vətəndaş sağlamlığında yaranmış fəsadla bağlı Sənan Xankişiyevdən məhkəməyə şikayət də etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO