Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazandı - VİDEO

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazandı - VİDEO

Hazırda oxunan: Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazandı - VİDEO
200007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı məlum olub.

Bizim.Media xəbər verir ki, 1/8 finalda Sloveniya yığmasına qalib gələn Portuqaliya millisi adını növbəti raunda yazdırıb.

Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. 105-ci dəqiqədə Portuqaliya seçməsinin hücumçusu Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 
Beləliklə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (3:0) oynayan Roberto Martinesin komandası 1/4 finala yüksəlib.

Portuqaliyalılar bu raundda Fransa yığması ilə qarşılaşacaqlar.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə və İspaniya kollektivləri də 1/4 finala adlayıblar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO