
- A-
- A
- A+
Dünya
11:30 / 30.06.2024
1 dəq oxunma
Türkiyəni meşə yanğınları bürüyüb - VİDEO
Hazırda oxunan: Türkiyəni meşə yanğınları bürüyüb - VİDEO
199738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İzmirin Menderes, Torbalı, Tire, Səlcuq və Çeşmə rayonlarında meşə yanğını baş verib.
Bizim.Media xəbər verir ki, Menderesin Çamönü mahalından əhali təxliyə edilib, Səlcuq rayonunda baş verən yanğın isə Aydın bölgəsinin Kuşadası mahalına da keçib.
Məlumata görə, yanğınlara qarşı mübarizəyə 11 təyyarə, 27 helikopter, 171 su daşıyan maşın və digər texnika, 972 canlı qüvvə cəlb edilib.
Yanğınlardan 11-i nəzarət altına alınıb. Çeşme, Menderes, Menemen, Səlcuq və Torbalı rayonlarında yanğınların nəzarət altına alınması üçün işlər davam edir.
İzmirdən sonra Bursa, Balıkəsir, Kahramanmaraş, Karaman və Ədirnədə də meşə yanğınları başlayıb. Hazırda onlar nəzarət altına alınıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































