Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO

Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO

Hazırda oxunan: Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO
199299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazın daha bir şəhidinin nəşi bu gün Ağçay kəndinə gətirilib. 19 yaşında hərbi xidmətdə itkin düşən Birinci Qarabağ şəhidi Şahlar Ağayev 51 yaşında doğma kəndinə qəhrəman kimi qayıdıb.
 

Bizim.Media xəbər verir ki, qardaşı İlham Ağayev artıq həyatda olmayan valideynlərinin Şahlardan nigaran dünyadan köçdüyünü  deyib.

"İndi onların ruhu şaddır" deyən İlham Ağayev digər qardaşı Əlirzanın onunla bir xidmət etdiyini  bildirib və vurğulayıb ki, Əlirza qayıtsa da Şahlardan xəbər yox idi.

İlham Ağayev bu gün itkin şəhidlərin tapılıb dəfn olunmasında görülən işlərə görə ölkə prezidentinə və diğər qurumlara öz minnətdarlığını bildirib.

Hərbçilər Şahların xatirəsini ənənəvi yaylım atəşi ilə yad ediblər.

Şəhidin büküldüyü Azərbaycan bayrağı  rayon rəhbəri tərəfindən qardaşına veriıib.

Şəhid Şahlar valideynlərinin yaxınlığında dəfn edilib.
 

Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO - foto 1
Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO - foto 2
Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO - foto 3
Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO - foto 4
Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO - foto 5
Xaçmazın daha bir şəhidi dəfn edildi - FOTO - foto 6

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO