Bu metalların ixracına görə gömrük rüsumları ARTIRILACAQ 

Bu metalların ixracına görə gömrük rüsumları ARTIRILACAQ 

Hazırda oxunan: Bu metalların ixracına görə gömrük rüsumları ARTIRILACAQ 
198789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev "Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər" və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” 17 aprel 2001-ci il tarixli fərmanını ləğv edib. 

Bizim.Media xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına tətbiq olunan gömrük rüsumlarının artırılması və müəyyən edilməsi ilə bağlı 3 ay vaxt verilib. 

Həmiçinin Nazirlər Kabineti ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını 4 ay müddətində təmin etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO