
- A-
- A
- A+
Sərnişinlər Hava Limanına niyə 50 qəpik əvəzinə 1.30-a aparılır? - VİDEO
Sərnişinlər Bakı Dəmiryolu Vağzalından Hava Limanına müntəzəm sərnişin daşıyan ekspres avtobuslarda gedişhaqlarının yüksək olduğunu düşünürlər.
Bizim.Media xəbər verir ki, sözügedən ekspress avtobuslar ilk və son dayanacaqları daxil, cəmi 4 ünvanda dayanırlar. Ödəniş “BakıKart”la qəbul edilir və məsafədən asılı olmayaraq hər bir sərnişin 1.30 qəpik ödəməlidir. Baxmayaraq ki, Bakı Dəmiryolu Vağzalından, Hava Limanına olan məsafə heç 30 km deyil.
Avtobus sürücüləri isə tam əskini düşünərək deyir ki, bu qədər komfortlu və müasir avtobuslarda gedişhaqları əksinə, aşağıdır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, burada qanunsuz heç nə yoxdur.
Nazirlər Kabinetinin qaydalarına və Tarif Şurasının qərarına əsasən, "28 May" metrostansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1 manat 30 qəpik təsdiq edilib.
Daha ətraflı videomaterialda:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































