Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır

Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır

Hazırda oxunan: Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır
197966
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə pilotsuz uçuş aparatları (PUA) və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O bildirib ki, bu istiqamətdə işlərə başlanılıb.

Nazirin sözlərin görə, lisenziyalı 521 min 625 İHA pilotu və 65 min 859 PUA üçün əsas prioritetlərdən biri nəqliyyatın təhlükəsizliyidir: “Quruda maşınlar, havada təyyarələr, dənizdə gəmilər necə müəyyən bir trayektoriya üzrə hərəkət edirsə, PUA və İHA-lar da onlar üçün müəyyənləşdirilmiş ayrıca yollarla hərəkət edəcəklər. Beləliklə, PUA-lar üçün təhlükəsiz hava sahəsini formalaşdıracağıq”.
A.Uraloğlu qeyd edib ki, Mülki Avasiya Baş İdarəsi yeni mülki aviasiya modelləri üzərində işləyir: “Yeni sistemlər PUA-ların mövcud hava məkanına inteqrasiyasına imkan verəcək”.

O, həmçinin bildirib ki, müəyyən edilmiş marşrutlarda təmir məntəqələrinin qurulması da planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO