NATO Ukraynaya xüsusi nümayəndə göndərməyi PLANLAŞDIRIR

NATO Ukraynaya xüsusi nümayəndə göndərməyi PLANLAŞDIRIR

Hazırda oxunan: NATO Ukraynaya xüsusi nümayəndə göndərməyi PLANLAŞDIRIR
196278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO Ukraynaya xüsusi nümayəndə göndərməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Foreign Policy” məlumat yayıb.

Bildirilib ki, alyansın yeni təmsilçisi adı çəkilən ölkəyə göndərilən yardımların və qurumun göstərdiyi digər dəstək tədbirlərinin koordinasiyası ilə məşğul olacaq. Sözügedən qərar Ukrayna ordusunda döyüş hazırlığının gücləndirilməsi, habelə münaqişə arealı genişlənərsə, adekvat tədbirlərin sürətləndirilməsi, eyni zamanda Rusiya ilə nüvə müharibəsinə hazırlıq məqsədi daşıyır.

Şimali Atlantika Alyansı Ukrayna qarşısında uzunmüddətli öhdəliklərini genişləndirməyi hədəfləyib. Bununla əlaqəli plan NATO-nun Vaşinqton sammitində təqdim olunacaq.
Qeyd edək ki, Şərqi Avropa ölkələri Ukraynanın alyansa qəbulu prosesinin sürətləndiriməsini istəyir, lakin ABŞ və Almaniya hələlik buna qarşı çıxır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO