Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO
195871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 5-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Şuhrat Xalmuxamedovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Daşkənddə Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.

Daha sonra general-polkovnik K.Vəliyev özbəkistanlı həmkarı ilə görüşüb. Özbəkistan Respublikası Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı məlumat mübadiləsi aparıblar.

Baş Qərargah rəisinin Özbəkistana səfəri iyunun 7-dək davam edəcək.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO - foto 1
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO - foto 2
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO - foto 3
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO - foto 4
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO - foto 5
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Özbəkistanda rəsmi səfərdədir - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO