Rusiya XİN: Bakı və İrəvan arasında barışığı dəstəkləməyə hazırıq

Rusiya XİN: Bakı və İrəvan arasında barışığı dəstəkləməyə hazırıq

Hazırda oxunan: Rusiya XİN: Bakı və İrəvan arasında barışığı dəstəkləməyə hazırıq
195751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O bildirib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında mayın 10-11-də Qazaxıstanda keçirilən görüşü müsbət qiymətləndirir.

“Bu görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atıldı. Moskva 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının iki raundlarına ev sahibliyi edib. Biz Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”, - Qaluzin vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO