Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə prosesindən DANIŞDI – ÖZƏL 

Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə prosesindən DANIŞDI – ÖZƏL 

Hazırda oxunan: Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə prosesindən DANIŞDI – ÖZƏL 
195655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev tərəfləri dəfələrlə barışığa dəvət edib.

Afət Fərmanqızı ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Afət Fərmanqızı ilə əlaqə saxlayıb. 


Müğənni baş tutan məhkəmə prosesi ilə bağlı bunları söyləyib: 

“Əlbəttə ki, qanun qarşısında boynumuz qıldan incədir. Məhkəmə nə qərar çıxaracaqsa, biz də ona əməl edəcəyik. Amma mən artıq bu haqda danışmamaq qərarına gəlmişəm. Çünki açıqlama verirəm, onu başqa cür yazıb, dərc edirlər. Bu isə məsələni daha da çətinliyə salır”. 
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO