Saakaşvili: “ABŞ etiraf edib ki, Gürcüstanda demokratik tənəzzül 2012-ci ildən sonra başlayıb”

Saakaşvili: “ABŞ etiraf edib ki, Gürcüstanda demokratik tənəzzül 2012-ci ildən sonra başlayıb”

Hazırda oxunan: Saakaşvili: “ABŞ etiraf edib ki, Gürcüstanda demokratik tənəzzül 2012-ci ildən sonra başlayıb”
193895
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ etiraf edib ki, Gürcüstanda demokratiyanın tənəzzülü 2012-ci ildə hakimiyyət dəyişikliyindən dərhal sonra başlayıb”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bildirib.

“Diqqətlə baxsanız, Blinkenin bəyanatında açıq şəkildə qeyd olunur ki, Gürcüstanda demokratik tənəzzül 2012-ci ildən sonra başlayıb. Bu, Qərbin 2012-ci ildə baş verənlərin reallığını son etirafıdır. Necə deyərlər “gec olsun, güc olmasın”, - Saakaşvili “Facebook”da yazıb.
Eks-prezident bugünkü qərarı görünməmiş hesab edir. Onun sözlərinə görə, “Amerika heç vaxt heç kimə eyni vaxtda belə miqyaslı sanksiyalar tətbiq etməyib”.

Saakaşvili hesab edir ki, Gürcüstan hazırda 2008-ci ildə Rusiyanın hücumu zamanı olduğundan “daha təhlükəli an” yaşayır:

“Həm o vaxt, həm də indi Amerika Gürcüstan dövlətini xilas etmək üçün vəziyyətə müdaxilə edirdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO