Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO

Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO

Hazırda oxunan: Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO
192367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.

Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 



Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 1
Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 2
Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 3
Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 4
Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 5
Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 6
Lukaşenkonun rəsmi qarşılanma mərasimi KEÇİRİLDİ -  FOTO/VİDEO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO