
- A-
- A
- A+
Şoutaym
15:01 / 07.05.2024
1 dəq oxunma
Səhhəti pisləşən Nadirə NƏ OLUB? – VİDEO
Hazırda oxunan: Səhhəti pisləşən Nadirə NƏ OLUB? – VİDEO
190893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Müğənni Nadir Qafarzadənin qəfil səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Elgizlə izlə” ictimai-sosial verilişinə videozəng vasitəsi ilə qoşularaq məlumat verib.
Nadir bildirib ki, təzyiqi yüksəlib və ürək döyüntüləri artıb:
“Artıq bir neçə gündür ki, səhhətim pisləşib. Ötən gün özəl klinikaların birinə gedib sistemlər etdirdim. Bu gün hava pis olduğundan küçəyə çıxmadım, evdə qaldım. Öskürəyim olduğundan həkimlər mənə inqalyasiya aparatını verdilər. Təzyiqim də 190/200 qalxmışdı. Bu isə pis göstəricidir. Bu gün də yoxladılar, təzyiqim yüksəkdir. Ürək döyüntülərim var. Müalicələrimi davam etdirirəm. Həyat yoldaşım qulluğumdadır. Allah ona can sağlığı versin”.
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































