Medvedev Vaşinqton, London və Parisi HƏDƏLƏDİ: “Zərbə endiriləcək” 

Medvedev Vaşinqton, London və Parisi HƏDƏLƏDİ: “Zərbə endiriləcək” 

Hazırda oxunan: Medvedev Vaşinqton, London və Parisi HƏDƏLƏDİ: “Zərbə endiriləcək” 
190710
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qərb siyasi elitasından olan və mövcud olmayan ölkəyə qoşun göndərməyə çağıran məsuliyyətsiz axmaqlar xorunun sayı getdikcə artır. İndi onun tərkibinə ABŞ Konqresinin nümayəndələri, Fransa və Britaniya rəhbərliyi, Baltikyanı ölkələrdən və Polşadan olan ayrı-ayrı dəlilər daxildir. Onlar, həmçinin tərəfdarlarına təhvil verdikləri raket silahlarından bütün Rusiya ərazisində aktiv istifadəyə çağırırlar”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb. 

O bildirib ki, Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq: 

“Qərbdə hakim sinfin bir növ total deqradasiyası var. Bu sinif həqiqətən elementar şeyləri məntiqi şəkildə əlaqələndirmək istəmir. Qoşunlarını Ukrayna ərazisinə göndərmək kimi. Ukrayna həmin ölkələrin birbaşa müharibəyə girməsinə şərait yaradacaq. O zaman biz buna cavab verməli olacağıq. Təəssüf ki, Ukrayna ərazisində deyil. 
Bu halda onların heç biri nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq strit-10-da gizlənə biləcək. Qlobal fəlakət gələcək”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO