Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO

Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO

Hazırda oxunan: Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO
190660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Aftandil çox gözəl insan idi. Biz onun üçün çox darıxırıq (ağlayır). Nəvələrimiz bizə gələndə məni öpüb deyirlər ki, babamız olsaydı, onu da öpərdik. Onlara söylədim ki, babanız artıq yoxdur. Onlar da babaları üçün çox darıxırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira xanım “O öz” verilişinə müsahibəsində deyib. 

Sənətkarın xanımı onunla bağlı xatirələrini bu sözlərlə ifadə edib:   

“Aftandil gecələr yatırdı, beyninə musiqi gəlirdi. Gecənin bir yarısı durub pianoda ifa edirdi. Deyirdim ki, qonşular eşidir, ayıbdır. Cavab verirdi ki, indi çalmasam, bu musiqi sonra yadımdan çıxacaq. Mən inanmıram ki, Aftandil yoxdur. Elə bilirəm ki, o hardasa qastroldadır, gedib, gələcək. Qızları ondan soruşurdular ki, “Ata haran ağrayır?” O isə “Hər şey yaxşıdır” cavabını verirdi. O heç zaman ölümdən danışmırdı. Deyirdi ki, ölümdən danışmayın. Aftandil 20 il əvvəl qəzaya düşmüşdü.

Ayağında qips xəstəxanadan çıxmışdı. Deyirdi ki, səhnəyə qayıdıb musiqilər ifa edəcək. O deyirdi ki, əvvəlcə qarmonumu qoyun. Yerə qədər süfrə salırdılar ki, ayağının qipsdə olmasını heç kim görməsin. Aftandil yalnız işləyib uşaqlarına və evə pul gətirməyi fikirləşirdi. Xaricdə qalanda deyirdi ki, ürəyim partlayır evə istəyirəm. O evinə bağlı insan idi. Onsuz çox çətindir”. 
İsrafilovun xanımı vurğulayıb ki, ölümündən bir gün əvvəl onu ziyarət etsə də qarmon ustadı onun sözlərinə heç bir reaksiya verməyib: 

“Aftandil düz bir ay reanimasiya qaldı. O zaman getdim yanına ondan soruşdum ki, “Afi məni eşidirsən?” Həkimə baxıb ondan soruşdum ki, “Aftandil məni eşidir?” Cavab verdi ki, “Yox!” Sabahısı gün o dünyasını dəyişdi. Onun hər yeri iynələr idi. Barmağından tutub dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq (ağlayır)”. O heç zaman bizi incitməyib. Ağır söz heç kimə deməzdi. Onun həyatı toylarda keçdi. Bütün dünyanı Xalq artisti Zeynəb Xanlarova ilə gəzdi. Hətta qızım ona deyirdi ki, “Ata bəlkə getməyəsən”... O isə cavab verirdi ki, “Niyə, həyatdır...” Heyif ondan,... O xasiyyətdə o cür insan olmayacaq”. 

Qeyd edək ki, 2023-cü ilin aprel ayının 29-da Azərbaycanın tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət" ordenli Aftandil İsrafilovun ürəyi dayanıb. Sevilən sənətkar son illərdə böyrək çatışmazlığından əziyyət çəkib. 
 


Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO - foto 1
Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO - foto 2
Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO - foto 3
Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO - foto 4
Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO - foto 5
Aftandil İsrafilovun xanımı: “Ona dedim ki, “Bu barmaqlar daha mənim üçün çalmayacaq” - VİDEO - foto 6

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO