Oğlu insult keçirən Ağakərimin səhhətindən DANIŞDI – VİDEO 

Oğlu insult keçirən Ağakərimin səhhətindən DANIŞDI – VİDEO 

Hazırda oxunan: Oğlu insult keçirən Ağakərimin səhhətindən DANIŞDI – VİDEO 
189923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün ölkədə Ağakərim ləqəbi ilə məşhurlaşan meyxanaçı Kərim Novruzovun doğum günüdür. Onun 60 yaşı tamam olur. 

Bizim.Media xəbər verir ki, söz xiridarının oğlu Kamil “Elgizlə izlə” ictimai-sosial verilişinə zəng edərək, atasının səhhətindən danışıb. 

Kamil uzun illərdir yataq xəstəsi olan valideyninin vəziyyətinin stabil olduğunu söyləyib: 

“Desəm ki, atam yaxşıdır yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayyətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər həkim varsa, hansı ki özünə əmindir və deyəcək ki, Kərim Novruzovu 1-5-10 ilə ayağa qaldıraram, veriliş vasitəsi ilə əlaqə saxlasın”. 

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO