Meyxanaçı İntiqam yeni doğulan nəvəsinə Polad Həşimovun adını verdi - VİDEO

Meyxanaçı İntiqam yeni doğulan nəvəsinə Polad Həşimovun adını verdi - VİDEO

Hazırda oxunan: Meyxanaçı İntiqam yeni doğulan nəvəsinə Polad Həşimovun adını verdi - VİDEO
188827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meyxanaçı İntiqam Rüstəmov baba olub.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 Tamam" verilişində məlumat yayıb.

İntiqam bildirib ki, onun dördüncü nəvəsi dünyaya gəlib:

"Oğlumun oğul övladı oldu. Uşağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını vermişik. Heç kimə ağıl verə bilmərik, amma tövsiyə edirəm ki, dünyaya gələn uşaqlara şəhidlərimizin adını verək. Tarixdən silinməsinlər, yaddaşlarda qalsınlar".
Qeyd edək ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz istiqamətində gedən döyüşlərdə tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xəttdə qəhrəmancasına şəhid olub. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO