Yusif Mustafayev onun ölüm xəbərini “TikTok”da yayan mollanı BAĞIŞLADI - VİDEO

Yusif Mustafayev onun ölüm xəbərini “TikTok”da yayan mollanı BAĞIŞLADI - VİDEO

Hazırda oxunan: Yusif Mustafayev onun ölüm xəbərini “TikTok”da yayan mollanı BAĞIŞLADI - VİDEO
188800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Haqqımda bir molla video çəkib ki, “Yusif Mustafayev, hazırlaş, sənin növbəndir, əlində də Quran”. Sonra video yayıldı ki, güya o məndən üzr istəyib. Amma həmin videoya baxanda gördüm ki, orada üzrdən söhbət getmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustayev qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, bir neçə gün əvvəl onun ölüm xəbərini “TikTok” video platformasında Biləsuvar rayonundan olan bir molla yayıb. Mustafayev həmin şəxsi bağışladığını söyləyib: 

“O çoxbilmiş və “demaqoq” insandır. Əgər o quran əhlidirsə, mən onu haqqımda dediyi o sözlərə görə bağışlayıram. O da millətimizin balasıdır. Əsli Biləsuvardandır. Müşfiq qəsəbəsində yaşayır. Dedilər ki, ver onu məhkəməyə. Mən də söylədim ki, məhkəmənin ən gözəli göydə Allahdır. Özü və Allahı bilsin. Ay insan, mənim övladım, nəvəm var. Mənim ölüm xəbərimi verib niyə sevinirsən? “TikTok” çıxardanın Allah evini yıxsın, qapısını bağlasın. Mollasansa, get Quranını oxu. Sənin “TikTok”da axı nə işin var?”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO