Nazpəridən həmkarlarına: “Aldığın hədiyyədən bizə nə?“ - VİDEO

Nazpəridən həmkarlarına: “Aldığın hədiyyədən bizə nə?“ - VİDEO

Hazırda oxunan: Nazpəridən həmkarlarına: “Aldığın hədiyyədən bizə nə?“ - VİDEO
188378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailəsi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özünü xalqa güldürməz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Dostəliyeva həmkarlarının efirdə şəxsi həyatlarını aşkara çıxarıb danışmasına etiraz edib:

“Xalqın sevgisini qazanmaq istəyən şəxsiyyətini qorumalıdır. Ailədə nə iş görürsə, bunu televiziyaya çatdırırsa, bu, düzgün deyil. Ona kənardan gülürlər. Sənin ailəndə nə edirsənsə, bizə nə. Kimdən nəsə hədiyyə almısansa, heç kimi maraqlandırmır. Xalqı maraqlandıran sənin şəxsiyyətin, özünü aparmağın, xalqa olan səmimi sevgin və sənətindir. Bunun öhdəsindən gələcəksənsə, sevgi qazanacaqsan. Aparıcının zarafatına uyub açıb sandığı tökürsənsə, sevilməyəcəksən”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO