Suqovuşan aydınlığa qovuşur - «Azərişıq» QARABAĞDA - VİDEO

Suqovuşan aydınlığa qovuşur - «Azərişıq» QARABAĞDA - VİDEO

Hazırda oxunan: Suqovuşan aydınlığa qovuşur - «Azərişıq» QARABAĞDA - VİDEO
18672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Suqovuşana yeni elektrik xətləri çəkilir


İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir.

Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minumuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0.4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO