Bayram günlərində yağış yağacaq

Bayram günlərində yağış yağacaq

Hazırda oxunan: Bayram günlərində yağış yağacaq
186416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

O bildirib ki, aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

“Cənub-şərq küləyi aprelin 10-u axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Aprelin 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6 -11, gündüz 13 -18 dərəcə isti olacaq”. 

Bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, lakin aprelin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacaq. 

“Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Aprelin 11-i axşam yağıntılar tədricən kəsiləcək, 12-si əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”, - deyə G.Məmmədova qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO