
- A-
- A
- A+
Şoutaym
11:05 / 08.04.2024
1 dəq oxunma
Ancelina Coli qızı ilə ALIŞ-VERİŞDƏ - FOTO
Hazırda oxunan: Ancelina Coli qızı ilə ALIŞ-VERİŞDƏ - FOTO
186191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli 15 yaşlı qızı Vivyenlə alış-verişə gedib.
Bizim.Media xəbər verir ki, paparassilər Nyu-York küçələrində gəzən “ana-bala”nı addım-addım izləyərək, görüntüləyiblər.
Ancelina övladı ilə bu həftə sonu qarderoblarını yeniləmək üçün alış-verişə gediblər.
Şəhərdə gəzinti üçün aktrisa qara “total” (ümümi) görünüş seçib. Coli şalvar, palto və hündürdaban çəkmə geyinib. Obrazını isə qızıl sırğalar və gün eynəyi tamamlayıb. Vivyen də anası kimi rahat geyim tərzinə üstünlük verib. O, açıq cins şalvar, idman ayaqqabısı və boz rəngli sviter geyinib.
Paparassilərin çəkdiyi kadrlarda Coli və qızı əla əhval-ruhiyyədə idilər. Onlar aktiv şəkildə ünsiyyət qurur və çox gülümsəyirdilər.
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































