Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - RƏSMİ AÇIQLAMA/VİDEO

Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - RƏSMİ AÇIQLAMA/VİDEO

Hazırda oxunan: Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - RƏSMİ AÇIQLAMA/VİDEO
185433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Eyni dərman bir aptekdə 17 manat 38 qəpik, digərində isə 37 manatdır. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Əczaçıların sözlərinə görə, sözügedən dərman iddia edildiyi kimi bəzi apteklərdə 17,38 manat, bəzilərində isə 37 manatdır. 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin əczaçılıq, ekspertiza və digər xidmətlər sektorunun müdiri bildirib ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti tarif şurası tərəfindən tənzimlənir. Həmin dərman vasitəsinin qiymətinin yuxarı həddi də 37 manat müəyyən edilib. 

Sektor müdirinin sözlərinə görə, dərman qiymətləri idxal olunduğu ölkələrə görə müəyyənləşir. 

Dərman qiymətinin bir aptekdə ucuz, bir aptekdə baha olması bəzi iqtisadi səbəblərlə də əlaqələndirilir. 

Daha ətraflı aşağıdakı süjetdə: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO