Qobuda itlərin dişlədiyi uşaq xəstəxanadan evə BURAXILDI - FOTO

Qobuda itlərin dişlədiyi uşaq xəstəxanadan evə BURAXILDI - FOTO

Hazırda oxunan: Qobuda itlərin dişlədiyi uşaq xəstəxanadan evə BURAXILDI - FOTO
185242
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib. 

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb. 

Xatırladaq ki, Fuad Məmmədov təxminən bir ay əvvəl Qobuda itlərin hücumuna məruz qalmışdı. 

Qobuda itlərin dişlədiyi uşaq xəstəxanadan evə BURAXILDI - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO