Ayan Babakişiyeva: “Bu gün də yaxınlarımdan xəyanətlər görürəm”

Ayan Babakişiyeva: “Bu gün də yaxınlarımdan xəyanətlər görürəm”

Hazırda oxunan: Ayan Babakişiyeva: “Bu gün də yaxınlarımdan xəyanətlər görürəm”
185126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bəzən etmədiyimi insanlara etmişəm kimi göstərirlər. Onda çox əsəbiləşirəm. Məni tanıya-tanıya bunu edirlər. Deyirəm, axı məni tanıyırsan, necə bunu yaraşdırırsan? Bilirsən ki, kiməm. Sənə yaxşılıqdan başqa nəsə etməmişəm. Yaxşılıq da edə bilməyəndə hamıdan uzaqlaşıram, danışmıram, bir insana məsləhət də vermirəm. Deyərsən, öz başına çarə qıl. Kimsə desə ki, sənin buna köməyin dəyə bilər, əlimdən gəlirsə, gecə 3-də olsa gedirəm. Amma mənim etmədiyim hərəkətləri boynuma şər-böhtanla qoyanda çox təsir edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbərin var?” verilişində deyib. 

Sənətçi bildirib ki, bu günə kimi yaxınlarından xəyanət görür:  

“Yaşamışam. Heç bir qarşılıq verməmişəm. Sadəcə uzaqlaşıram. Sənət dostlarımla heç nə ola bilməz. Səhv başa düşməsinlər. Həmkarlarımla yaxın deyiləm. Onları yaxın buraxmaram. Desəm ki, aldadılmamışam, xəyanət görməmişəm, yalan olar. Elə gözəl xəyanətlər görmüşəm ki... Bu gün də yaxınlarımdan xəyanətlər görürəm. Baxıram, deyirəm, günahım nə idi? Ancaq yaxşılıq etmişəm”. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO